Gəncədə “Şahin” hərbi- idman oyunu üzrə şəhər birinciliyi keçirilib - FOTOLAR

Gəncədə “Şahin” hərbi- idman oyunu üzrə şəhər birinciliyi keçirilib - FOTOLAR
SOSİAL
22:33 14.04.2022
657
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Müdafiə Nazirliyinin, Təhsil Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Respublika Veteranlar Təşkilatının birgə təsdiqlədiyi Əsasnaməyə uyğun olaraq 14 aprel 2022-ci il tarixdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhərdə yerləşən Mudafiə Nazirliyinin tabeliyində olan N saylı Hərbi Hissədə şəhərin ümumtəhsil məktəblərinin 8-10 sinif şagirdlərindən ibarət 44 komanda ilə "Şahin” hərbi-idman oyunu üzrə Gəncə şəhər birinciliyi keçirilmişdir.

Yarışın açılış mərasimi hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, daha sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, N saylı hərbi hisənin ideoloji iş və mənəvi -psixoloji təminat bölməsinin rəisinin baş köməkçisi Zaur Əliyev və şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev çıxış edərək, "Şahin” hərbi-idman oyunlarının gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olduğunu, ordu sıralarında xidmətə hazırlıqda bu yarışın böyük əhəmiyyəti olduğunu qeyd etmişlər və yarışın iştirakçılarına uğurlar arzulamışlar. Tədbirdə çıxış edən natiqlərlə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşı Abbas Mikayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Kəpəz rayon şöbəsinin rəisi Elşən Abbasov, şəhər Statistika İdarəsinin rəisi Elşən Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlyinin DSMF-nun Gəncə Ərazi filialının müdiri Ayazi Paşayev, şəhər 1 və 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəblərinin direktorları Ramil Qasımov və Asif Həsənov, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəis müavini, SHXŞDX-nin Gəncə şəhəri Nizami Rayon şöbəsinin nümayəndəsi və digər vəzifəli şəxslər iştirak ediblər.

Hərbi-idman tədbirində məktəblilərin 5 mərhələdə sıra, mülki müdafiə, fiziki hazırlıqları, maneələrin dəf olunması və komanda qərargahı çadırının qurulması üzrə bacarıqları yoxlanılıb.

"Şahinlər” hərbi-idman oyunlarının təşkil olunmasında məqsəd ümumtəhsil müəssisələrində şagirdlərin vətənpərvərlik tərbiyəsi üzrə aparılan işlərin daha intensiv xarakter almasına, bu sahədə həyata keçirilən tədbirlərin davamlılığının təmin olunmasına, şagirdlərdə fəal vətəndaş mövqeyi və doğma torpağa sədaqət hissinin formalaşdırılmasına nail olmaqdır.

Qeyd edək ki, şəhər birinciliyinin qalibi müəyyən olunduqdan sonra qarşıdakı günlərdə həmin komanda zona birinciliyində iştirak edəcək, zona birinciliyinin qalibi isə respublika birinciliyinə qatılmaq üçün paytaxta yola düşəcək.
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
AYNA: Avtobuslarda gediş haqqının artırılması barədə hər hansı qərar yoxdur
12:29 01.09.2025
AYNA: Avtobuslarda gediş haqqının artırılması barədə hər hansı qərar yoxdur
"Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib" - Deputat
12:27 01.09.2025
"Çin Zəngəzur dəhlizinin işə düşməsini ilk gündən dəstəkləyib" - Deputat
Prezident: Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır
12:23 01.09.2025
Prezident: Hindistan beynəlxalq təşkilatlarda Azərbaycandan qisas almağa çalışır
Vüsalə Türkiyədə əməliyyat olundu - VİDEO
12:21 01.09.2025
Vüsalə Türkiyədə əməliyyat olundu - VİDEO
TuranBank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının rəsmi tərəfdaşı oldu
12:11 01.09.2025
TuranBank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının rəsmi tərəfdaşı oldu
"Hansı ölkəyə gedirsənsə, oranın qayda-qanunu ilə davranmağa məcbursan" - Nadir
11:54 01.09.2025
"Hansı ölkəyə gedirsənsə, oranın qayda-qanunu ilə davranmağa məcbursan" - Nadir
"Azərbaycan-Slovakiya əməkdaşlığının bir sıra sahələrdə genişlənməsi üçün yaxşı imkanlar var"
11:43 01.09.2025
"Azərbaycan-Slovakiya əməkdaşlığının bir sıra sahələrdə genişlənməsi üçün yaxşı imkanlar var"
Azərbaycan və AİİB imzaladıqları birgə bəyannaməni mübadilə edib
11:38 01.09.2025
Azərbaycan və AİİB imzaladıqları birgə bəyannaməni mübadilə edib
Döyülən azyaşlının vəziyyəti hələ də ağırdır
11:35 01.09.2025
Döyülən azyaşlının vəziyyəti hələ də ağırdır
Məşhur aktyor cinsi zorakılıq iddialarına qarşı hüquqi proses başladıb
11:28 01.09.2025
Məşhur aktyor cinsi zorakılıq iddialarına qarşı hüquqi proses başladıb
Azercell qadınlara növbəti dəstək proqramına start verir
11:22 01.09.2025
Azercell qadınlara növbəti dəstək proqramına start verir
İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanladı
11:16 01.09.2025
İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanladı
Bu ərazilərdə qaz olmayacaq
11:14 01.09.2025
Bu ərazilərdə qaz olmayacaq
Hadisənin Paris tətilindən - FOTOLAR
11:13 01.09.2025
Hadisənin Paris tətilindən - FOTOLAR
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
11:05 01.09.2025
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Bank Respublika Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır!
11:02 01.09.2025
Bank Respublika Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin tərəfdaşıdır!