Zabil Qəhrəmanov məhkəməyə gətirildi

Zabil Qəhrəmanov məhkəməyə gətirildi
HADİSƏ
19:09 25.10.2025
118
Gəncədə saxlanılan keçmiş vəkilə cinayət işi açılıb, məhkəməsi keçirilir.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, keçmiş vəkil Zabil Qəhrəmanova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci (xuliqanlıq - ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərmək) maddəsi üzrə cinayət işi açılıb.

Açılan cinayət işi ilə bağlı Gəncə şəhər Məhkəməsində hazırda məhkəmə prosesi keçirilir.

Xatırladaq ki, o, avtoyuma məntəqəsində bir nəfərə xəsarət yetirməkdə ittiham olunaraq saxlanılıb.
OXŞAR XƏBƏRLƏR