Gəncədə yol nəqliyyat hadisəsi baş verib.
AZXEBER.COM APA-ya istinadla bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Hərəkətdə olan 1 saylı xətt üzrə işləyən "Hyundai" markalı sərnişin avtobusu ilə "Toyota" markalı minik maşını toqquşub. Qəza zamanı minik maşınında olanlar, 42 yaşlı T.Orucova və 47 yaşlı Z.Bayramova xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.