Gəncədə sirkə turşusu içən qadın ağır vəziyyətdə Bakıya gətirildi

Gəncədə sirkə turşusu içən qadın ağır vəziyyətdə Bakıya gətirildi
SOSİAL
12:10 28.06.2025
240
Gəncə şəhərində 50 yaşlı qadın sirkə turşusu içib.

AZXEBER.COM xəbər verir ki, şəhər sakini, 1975-ci il təvəllüdlü İradə Məhərrəmova evində olan sirkə turşusunu içməsi nəticəsində zəhərlənib. İ.Məhərrəmovaya ilkin tibbi yardım göstəriləndən sonra o, təcili yardım briqadası ilə Bakıya 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Qadının vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin baş vermə səbəbi ilə bağlı araşdırmalar aparılır.
 
///Oxu.az
OXŞAR XƏBƏRLƏR