Gəncədə tanınmış ibtidai sinif müəlliməsi COVİD-19-dan vəfat etdi

Gəncədə tanınmış ibtidai sinif müəlliməsi COVİD-19-dan vəfat etdi
SOSİAL
22:52 30.08.2021
1463
Gəncə şəhərində ibtidai sinif müəlliməsi koronavirusdan vəfat edib.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, 13 nömrəli orta məktəbdə ibtidai sinif müəlliməsi işləyən 1957-ci il təvəllüdlü Əsədova Ramidə Hidayət qızı COVID-19 infeksiyasına yoluxub və dünyasını dəyişib.

Məlumat üçün bildirək ki, 64 yaşlı R.Əsədova Gəncə şəhərində tanınmış ibtidai sinif müəllimlərindən olub. Pedaqoq uzun illər idi ki, sözügedən məktəbdə çalışırdı.
OXŞAR XƏBƏRLƏR