Gəncə şəhəri, Nizami rayonunda sahibi məlum olmayan ümumi sahəsi 72 m2 olan ikimərtəbəli dönərxananın 1-ci mərtəbəsində dönər bişirmə avadanlığı və içərisində olan əşyalar 6 m2 sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.
AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğınsöndürənlər tərəfindən dönərxanadan 5 ədəd 5 litrlik qaz balonu çıxarılıb. Dönərxananın qalan hissəsi yanğından mühafizə olunub.