Gəncədə yaralananlardan 6-sı uşaqdır

Gəncədə yaralananlardan 6-sı uşaqdır
SOSİAL
18:08 04.10.2020
774

Bu gün Gəncə şəhərinin Ermənistan ərazisindən raket atəşinə tutulması nəticəsində yaralananlardan 6-sı uşaqdır.

AZXEBER.COM xəbər verir ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin Gəncənin atəşə tutması nəticəsində 16 yaşlı Abdullayev Məleykə Tapdıq qızı, 10 yaşlı Əliyev Turqay Azər oğlu, 9 yaşlı İbrahimov Fərid Faiq oğlu, 7 yaşlı İbrahimova Banu Faiq qızı, 4 yaşlı Hacıyev Malik Aman oğlu və 1 yaşlı Eyubova Zəhra Xəyyam qızı yaralanıb.

Qeyd edək ki, Gəncə şəhərinin bu gün səhər Ermənistan ərazisindən raket atəşinə tutulması nəticəsində 1 mülki şəxs həlak olub, 32 nəfər yaralanıb.

OXŞAR XƏBƏRLƏR