Gəncədə yaşlı qadını döyüb xəstəxanalıq etdilər

Gəncədə yaşlı qadını döyüb xəstəxanalıq etdilər
SOSİAL
22:35 04.03.2020
1259
Gəncədə döyülmə hadisəsi baş verib. 

"Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb.  

Təxminən 60-65 yaşlı qadın müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Qadının dediyinə görə, onu mübahisə zəminində döyüblər.  

Onun kim tərəfindən və hansı səbəbdən döyüldüyü hələ ki, məlum deyil. 

Faktla bağlı araşdırma aparılır. 

OXŞAR XƏBƏRLƏR