Gəncədə yol qəzası baş verib - xəsarət alan var

Gəncədə yol qəzası baş verib - xəsarət alan var
SOSİAL
14:46 23.05.2021
548
Gəncə şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə Gəncə şəhərində baş verib. İki avtomobilin toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Həmzəyev Namaz Qaraca oğlu ağır bədən xəsarətləri alıb. Yaralı əvvəlcə Gəncə Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.
 
///Report
OXŞAR XƏBƏRLƏR