Gəncədə Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub

Gəncədə Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
SOSİAL
22:51 08.11.2025
110
Gəncə şəhərində Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert proqramı təşkil olunub.

AZXEBER.COM xəbər verir ki, tədbir Heydər Əliyev Meydanında baş tutub.

Bayram konsertində respublikanın tanınmış mədəniyyət xadimləri və incəsənət nümayəndələrinin ifasında vətənpərvər mahnılar səsləndirilib, milli rəqslər nümayiş etdirilib.

Tədbiri şəhər rəhbərliyi, rəsmi şəxslər, ictimaiyyət nümayəndələri və şəhər sakinləri böyük coşqu və qürur hissi ilə izləyiblər.

Konsert proqramının sonunda 8 Noyabr – Zəfər Günü münasibətilə möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.
OXŞAR XƏBƏRLƏR