xari

Gəncəli Alberti öldürməkdə şübhəli bilinən şəxs saxlanıldı

KRİMİNAL
10:03 14.04.2021
822
Moskvada fitness klubunda törədilmiş qətldə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə jurnalistlərə açıqlamasında Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi rəhbərinin köməkçisi Yuliya İvanova bildirib.

"Moskvanın şimal-qərbindəki bir idman salonunda qətl törətməkdə şübhəli bilinən şəxs tutulub. Onun gizləndiyi evdə axtarışlar aparılır”, - deyə İvanova əlavə edib.

Qeyd edək ki, Moskvanın şimal-qərbindəki yaşayış kompleksində yerləşən bir fitness klubunda Azərbaycan əsilli kriminal avtoritet Albert Rıjiy kimi tanınan Əli Heydərov öldürülüb.
 
///APA

OXŞAR XƏBƏRLƏR