Gəncəli Albertin öldürülmə anı - VİDEO

Gəncəli Albertin öldürülmə anı - VİDEO
KRİMİNAL
10:35 13.04.2021
1151
Müstəntiqlər ötən gün Moskvada, fitnes mərkəzində güllələnən azərbaycanlı "vor zakon” Əli Heydərovun ("Albert Rıjiy”) qətli ilə əlaqədar iki əsas versiyanı nəzərdən keçirirlər. Birinci versiya onun güc strukturları ilə əməkdaşlıq etməsi, ikincisi ötən ilin avqustunda Antalyada güllələnən digər məşhur azərbaycanlı kriminal avtoritet "Lotu Quli”yə (Nadir Səlifov) görə qisasdır.

Rusiya mətbuatı bu nümayişkarənə qətl barədə geniş yazmaqdadır. Xəbər verildiyi kimi, günorta saatlarında "Albert Rıjiy” yaşadığı binanın altındakı fitnes zalında qaçış cığırında idman edərkən killer ona yaxınlaşıb, bir neçə dəfə atəş açıb və daha sonra arxayın şəkildə hadisə yerindən uzaqlaşıb. Qətl anı videomüşahidə kameraları tərəfindən qeydə alınıb. Görüntülərə əsasən killerin Taleh Namiq oğlu Orucov olduğu (ən azından bu ad-soyadla sənədi olan) məlum olub. Hazırda onun axtarışları gedir.

Məlum olub ki, killer "qanuni oğru”ya döyüş təyinatlı tapança-pulemyotdan atəş açıb, daha sonra silahı çantasına qoyaraq uzaqlaşıb.

"Heydərovun qətlində əsas versiya onun hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etməsinə görə oğru dünyasının qisasıdır. Məsələ burasındadır ki, Əli Heydərov ötən il həbsdən şərti cəza ilə azadlığa çıxıb, Rusiyanın kriminal aləmində ilk dəfədir ki, "qanuni oğru” titulunu daşıyan biri bu maddə ilə azadlığa çıxır. Çünki bunun üçün həbsxana administrasiyası ilə əməkdaşlıq etmək tələb olunur, bu da "qanuni oğru”lara qadağandır”, - "Moskovskiy Komsomolets” qəzeti situasiya ilə tanış olan mənbəyə istinadən yazır. İstisna edilmir ki, "Albert Rıjiy” həbsxanada nüfuzlu kriminal avtoritetlərin əleyhinə ifadə verib.
 
İkinci versiya isə "Lotu Quli”yə görə qisasdır. Belə ki, kriminal aləmdə "Albert Rıjiy” "Lotu Quli”nin qətlinin sifarişçisi hesab olunurdu. Baxmayaraq ki, onların hər ikisi "Ded Xasan” ləqəbli Aslan Usoyanın (hazırda sağ deyil) qruplaşmasına daxil idi, amma "Ded”in sağlığında aralarında düşmənçilik yaranmışdı. Qəzet yazır ki, bu düşmənçilik "Ded Xasan”ın öldürülməsindən sonra da səngiməyib.

Qeyd edək ki, "Lotu Quli"nin qətlinin sifarişçisi kimi əsasən "Rövşən Lənkəranski"nin klanı nəzərdən keçirilir.

"Albert Rıjiy” Rusiyanın Arxangelsk və Xabarovsk vilayətlərində "Ded Xasan”ın qruplaşmasının təyin etdiyi "nəzarətçi” olub, daha sonra kriminal karyerasına Sankt-Peterburqda davam edib.
 
///Virtualaz.org


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Laricani: İran ABŞ-dan fərqli olaraq, özünü uzunmüddətli müharibəyə hazırlayıb
18:00 02.03.2026
Laricani: İran ABŞ-dan fərqli olaraq, özünü uzunmüddətli müharibəyə hazırlayıb
ABŞ İrana qarşı hərbi əməliyyatlar davam edərkən daha çox itki gözləyir
17:40 02.03.2026
ABŞ İrana qarşı hərbi əməliyyatlar davam edərkən daha çox itki gözləyir
Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclasının vaxtı açıqlandı
17:28 02.03.2026
Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının növbəti iclasının vaxtı açıqlandı
ABŞ hərb naziri: İranda rejim dəyişəcək
17:22 02.03.2026
ABŞ hərb naziri: İranda rejim dəyişəcək
Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atılacaq
17:20 02.03.2026
Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı kompleks addımlar atılacaq
ABŞ-nin dörd hərbçisi İrana qarşı hərbi əməliyyatlarda həlak olub
17:10 02.03.2026
ABŞ-nin dörd hərbçisi İrana qarşı hərbi əməliyyatlarda həlak olub
İsrail Müdafiə Qüvvələri: Hizbullahın kəşfiyyat rəisi öldürülüb
16:57 02.03.2026
İsrail Müdafiə Qüvvələri: Hizbullahın kəşfiyyat rəisi öldürülüb
Prezident Aleksey Overçuku qəbul qəbul etdi - FOTOLAR
16:56 02.03.2026
Prezident Aleksey Overçuku qəbul qəbul etdi - FOTOLAR
ABŞ-İran müharibəsi turizm sektoruna da zərbələr vurur - Turist sayı azalır
16:53 02.03.2026
ABŞ-İran müharibəsi turizm sektoruna da zərbələr vurur - Turist sayı azalır
Məşhur müğənninin anasının vəziyyəti ağırdır
16:34 02.03.2026
Məşhur müğənninin anasının vəziyyəti ağırdır
ADNSU “Oxford Said ilə Qlobal İqlim Texnologiyaları Müsabiqəsi 2026” üzrə əməkdaşlıq elan edir
16:28 02.03.2026
ADNSU “Oxford Said ilə Qlobal İqlim Texnologiyaları Müsabiqəsi 2026” üzrə əməkdaşlıq elan edir
Tramp: İran razılığa gəlmək istəyir
16:23 02.03.2026
Tramp: İran razılığa gəlmək istəyir
Qətərin enerji nəhəngindən şok addım: Təbii qaz istehsalı dayandırıldı
16:11 02.03.2026
Qətərin enerji nəhəngindən şok addım: Təbii qaz istehsalı dayandırıldı
Partlayış səsləri eşidiləcək - Narahatçılığa əsas yoxdur
16:04 02.03.2026
Partlayış səsləri eşidiləcək - Narahatçılığa əsas yoxdur
Unibank Şirvanda yeni filialını açıb
16:01 02.03.2026
Unibank Şirvanda yeni filialını açıb
Deputat: “Aviabiletlərin bahalığı turist axınına maneə törədən amillərdən biri kimi qalır”
16:01 02.03.2026
Deputat: “Aviabiletlərin bahalığı turist axınına maneə törədən amillərdən biri kimi qalır”