“Gəncəlilər Azərbaycan dövlətinə dayaq olduqlarını göstərdilər” - Ziyafət Əsgərov

“Gəncəlilər Azərbaycan dövlətinə dayaq olduqlarını göstərdilər” - Ziyafət Əsgərov
SİYASƏT
12:51 11.07.2018
4488
"Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra dövlətçiliyimiz belə sınaqlardan həmişə üzüağ, alnıaçıq çıxıb”.

AZXEBER.COM xəbər verir ki, bunu APA-ya açıqlamasında dünən Gəncədə baş verən hadisəyə münasibət bildirən Milli Məclis sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov söyləyib.  

Z. Əsgərov deyib ki, belə hadisələrin, cinayətlərin törədilməsi ilə Azərbaycanda hansısa xaos, vahimə törətmək cəhdlərinin heç bir perspektivi yoxdur: "Şükürlər olsun ki, Azərbaycan oturuşmuş, möhkəm dayaqlar üzərində bərqərar olmuş dövlətdir. Ona görə də belə hərəkətlərin qarşısı dərhal alınacaq və Azərbaycan Respublikasının Konstitusiya quruluşuna, dövlət müstəqilliyinə, suverenliyinə qarşı əl uzadan insanlar dərhal cəzalarını alacaqlar. Belələri xaricdəki himayədarlarına arxalanaraq bu cür hərəkətlər edirlərsə, belə cinayətlər və terror aktları törədirlərsə, bununla heç nəyə nail ola bilməyəcəklər. 1990-cı illərdə Azərbaycan dövlətinə qarşı belə hallar olub. Azərbaycan həmişə belə hadisələrdən alnıaçıq, üzüağ çıxıb. Mən Gəncədən olan bütün həmvətənlərimizi, bütün Azərbaycan vətəndaşlarını bir daha çağırıram ki, həmişə olduğu kimi Azərbaycan dövlətçiliyi, prezidentimiz ətrafında daha sıx birləşsinlər, belə hərəkətlərin qarşısının dərhal alınmasında dövlət orqanlarına, hüquq-mühafizə orqanlarına yardımçı olsunlar”.

Vitse-spiker bildirib ki, bu hadisələr bir daha gəncəlilərin Azərbaycan dövlətçiliyinin, müstəqilliyinin qorunmasında həmişə olduğu kimi yenə də fəal olduqlarını göstərdi: "Dünən Gəncədə bir qrup cinayətkar ünsür yığışıb, xaos yaratmaq istəyiblər. Gəncəlilər yenə də Azərbaycan dövlətinə dayaq olduqlarını göstərdilər. Belə halların qarşısı qətiyyətlə alınacaq. Sözsüz k, xalq belə hərəkətləri dəstəkləmir. Çox təəssüf ki, ictimai asayişin bərpası zamanı iki zabitimiz həlak olub. Mən onların ailələrinə başsağlığı verirəm, Allah onlara rəhmət etsin. Həqiqətən polis zabitləri igidlik göstərib, öz vəzifələrini vicdanla, namusla yerinə yetiriblər. Onlar öz vəzifələrini icra edərkən həlak olubar”.

Gəncədə baş verən hadisənin qarşısının alınması üçün hüquq-mühafizə orqanlarının öncədən daha effektiv addımlar atmasının mümkünlüyü barədə fikirlərə gəlincə, Z. Əsgərov deyib ki, məsələ ilə hüquq-mühafizə orqanları məşğuldur : "Hər şeyə aydınlıq gətiriləcək”
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Lavrov Azərbaycana gəlib
17:07 14.10.2026
Lavrov Azərbaycana gəlib
Bu bürclər pul qazansa da, varlana bilmir
16:57 14.10.2026
Bu bürclər pul qazansa da, varlana bilmir
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
16:47 14.10.2026
Vahid məktəbli forması və dünyəvi təhsil: Hüquqi bərabərlik və milli dəyərlər
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
16:39 14.10.2026
AccessBank 2026-cı ilin 3-cü rübün sonuna olan maliyyə hesabatını açıqlayır
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
16:38 14.10.2026
Bir-dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
16:27 14.10.2026
“Bu ölkədə yaxşı yaşayıb qədrini bilməyənin burnundan gəlsin” - Nazilə Səfərli
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
16:22 14.10.2026
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
16:17 14.10.2026
Nərimanovda mənzillər üçün satış şərtləri yeniləndi - Ətraflı
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
15:58 14.10.2026
Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları müzakirə edilib
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
15:53 14.10.2026
Fatma Yıldırım: Vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin ön plana çıxmamasına xidmət edir
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
15:39 14.10.2026
Emoməli Rahmon AQEM sammitində iştirak etmək üçün Bakıya yola düşüb
İran XİN müavini Azərbaycana gəlir
15:37 14.10.2026
İran XİN müavini Azərbaycana gəlir
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
15:34 14.10.2026
Zülfiyyə Nuriyeva: Azərbaycan qadını hər zaman milli dəyərlərinə sahib çıxıb - VİDEO
"Milli dəyərlərimizin qədrini bilək" - QHT sədri - VİDEO
15:23 14.10.2026
"Milli dəyərlərimizin qədrini bilək" - QHT sədri - VİDEO
Qrip sürətlə yayılır: Özümüzü necə qoruyaq?
15:20 14.10.2026
Qrip sürətlə yayılır: Özümüzü necə qoruyaq?
Rutte: “Lazım olan yerdə cavab verəcəyik”
15:18 14.10.2026
Rutte: “Lazım olan yerdə cavab verəcəyik”