Gəncənin icra başçısı daha 2 nəfəri işdən çıxardı

Gəncənin icra başçısı daha 2 nəfəri işdən çıxardı
SOSİAL
17:39 10.01.2019
4412

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Flora Zeynalova tutduğu vəzifədən azad olunub.

AZXEBER.COM-a bu barədə İcra Hakimiyyətindən bildirilib. Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəis müavini Dilqəm Alıyev də işində verdiyi nöqsanlara görə  tutduğu vəzifədən azad edilib. 

Qeyd edək ki, Dilqəm Alıyev Respublikanın sabiq baş prokuroru Əli Ömərovun qardaşıdır.

OXŞAR XƏBƏRLƏR