Gəncənin icra başçısı karantin rejimini pozanlara xəbərdarlıq etdi

SOSİAL
16:05 01.04.2020
375
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, millət vəkili Pərvin Kərimzadə və Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov xüsusi karantin rejimi qaydalarına əhali arasında hansı səviyyədə əməl olunmasını yerində araşdırıblar.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, onlar səhər saatlarından başlayaraq şəhərin mərkəzi küçə və prospektlərindəki mövcud vəziyyətlə tanış olublar.

Xüsusi karantin rejimi qaydalarına əməl etməyərək küçəyə çıxan sakinlər, ən əsas da yaşlı insanlarla maarifləndirici söhbətlər aparılıb, ehtiyacı olanlara maska və əlcək təqdim olunub, şəxsi gigiyena qaydalarına əməl edilməsinin vacibliyi bir daha xatırladılıb. Yaşı 65-dən yuxarı olan sakinlərin evə göndərilməsi təmin olunub. Bununla yanaşı, tənha yaşayan ahıl şəxslərin ünvan və əlaqə telefonları qeyd olunub, onlara qulluq xüsusi nəzarətə götürülüb.

Niyazi Bayramov, Pərvin Kərimzadə və Əkbər İsmayılov bir sıra əczaxana və ərzaq mağazalarında da olublar. Tibbi maska, əlcək və spirtin olub-olmaması ilə maraqlanan şəhər rəhbərinə bildirilib ki, tələbat yüksək olduğundan gündəlik olaraq satışa çıxarılan tibbi maskalar tez bir zamanda alınır. İri market və ərzaq mağazalarındakı vəziyyət isə qənaətbəxş qiymətləndirilib. Satıcı və içəridə olan az sayda alıcı ilə söhbət aparan Niyazi Bayramov kassaların önündə növbə gözləyərkən ara məsafəsi saxlanılmasının zəruriliyini bir daha xatırladıb. Həmçinin yarana biləcək süni qiymət artımı və digər neqativ hallarla bağlı qanunamüvafiq qaydada tədbir görüləcəyini obyekt sahiblərinin diqqətinə çatdırılıb.

Xatırladaq ki, Gəncə Şəhər İcra Hakimiyyətində Koronavirusa Qarşı Mübarizə Qərargahının nümayəndələri, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları, habelə "Şəhər, rayon icra hakimiyyətləri və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarından ibarət mobil qruplar”ı tərəfindən həyata keçirilən reyd və maarifləndirmə tədbirləri mütəmadi şəkildə davam etdirilir.
 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:24 28.05.2020

Qətərin məşhur və unikal tikilisi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldı

23:22 28.05.2020

Şagirdlər Respublika Gününü belə qeyd etdi-Video

23:04 28.05.2020

Türkiyə Super Liqası bu tarixdə bərpa ediləcək - RƏSMİ

22:38 28.05.2020

İngiltərədə ilk: hicablı qadın hakim təyin olundu

22:15 28.05.2020

İlham Əliyev: “Azərbaycan Xalq Cümhuriyyəti qürur mənbəyimizdir"

22:13 28.05.2020

Azərbaycanda koronavirusla bağlı bugünkü test sayı məlum oldu - STATİSTİKA

22:03 28.05.2020

Prezident: "Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər"

22:00 28.05.2020

Dünyanın ən hündür tikilisi Azərbaycan bayrağına büründü -FOTO - VİDEO

21:48 28.05.2020

Prezident: "Heydər Əliyev amili qoymurdu ki, ermənilər baş qaldırsınlar"

21:34 28.05.2020

Koronavirusun yayılmasında günahkar hesab edilən qadın ilk dəfə bu barədə danışdı

20:54 28.05.2020

Bakıda kişi gözəllik salonunda işləyən həyat yoldaşını öldürdü

20:04 28.05.2020

Gürcüstan Ermənistana koronavirusla mübarizədə kömək təklif etdi

19:38 28.05.2020

Azərbaycanda bu günə qədər 4 759 nəfər koronavirusa yoluxub, 56-sı ölüb

19:25 28.05.2020

Azərbaycanda daha 191 nəfər koronavirusa yoluxdu, 2 nəfər öldü

19:23 28.05.2020

Gürcüstan prezidenti Azərbaycan xalqını təbrik etdi

19:06 28.05.2020

Qanunsuz it döyüşləri təşkil edənlər həbs edildi - RƏSMİ