Gəncənin yeni başçısı daha bir nəfəri işdən çıxardı

Gəncənin yeni başçısı daha bir nəfəri işdən çıxardı
SOSİAL
13:01 11.09.2018
4385
Gəncə Şəhər İcra Hakimiyyətinin baş mütəxəssisi Aytəkin Məmmədova vəzifəsindən azad olunub.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bununla bağlı şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müvafiq əmr imzalayıb.

Həmin vəzifəyə hələlik təyinat olmayıb.

Xatırladaq ki, avqustun 28-də Prezident İlham Əliyevin sərəncamı ilə Elmar Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Digər sərəncamla Niyazi İbrahimov şəhər icra hakimiyyətinin başçısı təyin olunub.

OXŞAR XƏBƏRLƏR