“Gəncəyə hücumun cavabı ikiqat veriləcək” - Polkovnikdən açıqlama

“Gəncəyə hücumun cavabı ikiqat veriləcək” - Polkovnikdən açıqlama
SİYASƏT
13:25 11.10.2020
2858
"Gəncədə raketin məhz mərkəzə, əhalinin sıx yaşadığı yerə atılması Ermənistan rəhbərliyinin xain və çirkin niyyətini bir daha göstərmiş oldu”.

AZXEBER.COM xəbər verir ki, bu barədə Azvision.az -a açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib. Onun sözlərinə görə, düşmən ordusunun hər ötən gün daha çox yaşayış məntəqələrini nişan almasında məqsəd itirdikləri mövqeləri və ölü sayını ört-basdır etməkdir:
"Bu günlərdə Ermənistan hərbçilərinin hər dəfə geri çəkildikcə daha çox mülki insanlardan qisas almaq cəhdlərini müşahidə etdik. Amma indi bu xain Gəncə hücumunu humanitar atəşkəs elan olunmasının fonunda gördük. Özü də tək Gəncə deyil, Mingəçevir də hədəf seçilmişdi. Məncə, Gəncədəki insan itkilərinə səbəb olan xain hücumda bir neçə məqsəd var. Birincisi, bu, Ermənistan rəhbərliyinin daxili auditoriyaya hesablanmış iyrənc addımı idi. Məqsəd budur- xalqa göstərsinlər ki, "bizim ordumuz güclüdür, hətta Gəncəni vururuq, geri də çəkilmirik”. Ümumiyyətlə şəhər və rayonlarımızı vurmaqla erməni cəmiyyətində ruh yüksəkliyi yaratmağa çalışırlar. Digər məqsədləri isə vətəndaşlarımızı qorxu içində saxlamaqdır. Bunlar panika yaratmaq və ölkəmizdə daxili köç yaratmağa cəhdlərdir. Amma unudurlar ki, indi 90-cı illər deyil. Artıq güclü və nizamlı ordumuz var və istənilən hücum ikiqat cavabla yekunlaşır. Gəncəyə xain hücumlarına görə də layiqli cavablarını alacaqlar”.

Şair Ramaldanov raket zərbəsinin niyə məhz gecə saatlarında baş tutmasına da aydınlıq gətirib:

"O ki qaldı bu əməliyyatın niyə məhz gecə saat 2-də reallaşdırılmasına, biz hansısa humanist hissləri saxlamış millətə qarşı yox, məhz heç bir dəyər tanımayan ermənilərə qarşı vuruşuruq. Onlar bilirlər ki, gecə saatlarında vurulan binalarda itki daha çox olacaq. Çünki həmin saatda hər kəs öz doğma evində yuxuda olur. Bu da itkilərin çox olmasına hesablanmışdı. Erməni rəhbərlərin bu hücumda digər məqsədləri də var. Bilirsiniz ki, hazırkı atəşkəs humanitar xarakterlidir. Döyüş meydanında ölən hərbçilərin, əsirlərin dəyişdirilməsi prosesi gedir. Düzünü desək, bizim verəcəklərimiz daha çoxdur. Alacağımız isə yoxdur. Olsa da, çox az saydadır. Əlbəttə, biz də hazırda istəyirik ki, həmin düşmən cəsədlərini qaytaraq. Niyə? Çünki bu bir tərəfdən beynəlxalq aləmə humanist addım kimi təqdim ediləcək, digər tərəfdən isə Paşinyan hakimiyyətinin yalan maşını sınacaq. Onlar bilirlər ki, bu qədər iylənmiş meyitləri qısa zamanda geri qayıtsa, cəmiyyətdə ciddi ajiotaj yaranacaq. Hələlik müharibə davam etdiyi üçün Ermənistanda valideynlər övladlarından xəbərsizdirlər. Çox adam orduda olan yaxını ilə əlaqə saxlaya bilmir, insanları hərbi sirr adıyla məlumatsız saxlayırlar. Belə bir mənzərənin fonunda birdən-birə humanitar atəşkəslə əlimizdə olan yüzlərlə erməni meyitini geri qaytarsaq, təsəvvür edin ki, bu hansı effekti verəcək.
Çünki əsir və meyit mübadiləsi Qırmızı Xaç Komitəsinin vasitəsilə baş tutur. Onların əliylə qaytarılan meyitləri artıq gizlətmək, tədricən elan etmək mümkün olmayacaq. Hamısı siyahıya alınacaq və bu statistika əlacsız elan olunacaq. Bu isə o deməkdir ki, Ermənistan daxilində ciddi sarsıntılar yaranacaq. Əli avtomatla ən müasir hərbi dronlara, tanklara qarşı döyüşə göndərilən 19 yaşlı əsgərlərin valideynləri, ölmüş hərbçilərin yaxınları nifrət hissi ilə etiraz aksiyalarına qalxacaqlar. Bundan qorxan Ermənistan rəhbərliyi istəyir ki, humanitar missiyanı pozsun. Atəşkəsin bu formada pozulması həmin qorxuya hesablanıb. Mütəmadi şəkildə aktiv döyüş əməliyyatlarını aparan erməni ordusu çalışır göstərsin ki, Qırmızı Xaç Komitəsi bu humanitar aksiyanı yerinə yetirə bilməyəcək”.

Polkovnik hesab edir ki, Azərbaycan cəmiyyəti atəşkəsdə Gəncəyə olan gecə hücumundan təəccüblənmədi. Çünki xalqımızı 90-cı illərdə bundan da xain hücumlar görüb: "Xocalı hadisələrindən sonra Zori Balayan öz yazılarında, əsərlərində fəxrlə qoca, qadın və uşaqlarımızın başına gətirilən hadisələr haqqında danışmışdı. Yəni bununla da biz bu xalqın "ziyalısından” tutmuş hərbçisinə qədər hansı xislətə malik olduğunu gördük. İndi zaman keçsə də, hazırkı hərbi-terrorçu rəhbərlik də sübut etdi ki, uşaqların öldürülməsi onlar üçün əsas hədəfdir. Paşinyan iqtidarından kütləvi qırğına səbəb olacaq addımları belə gözləmək olar. Ona görə də düşünürəm ki, Azərbaycan Ordusu işğalçıların son addımlarının cavabını layiqincə verəcək. Qisas həmişə alınıb, ordumuz bu gecə baş verənlərin üstündən elə-belə keçməyəcək”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
16:04 27.06.2025
"Şahdağ Quba" klubunun keçmiş prezidenti İstanbulda ölü tapılıb
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
15:53 27.06.2025
"Azərbaycandakı qiymətlər heç Amerikada, Avropada yoxdur"
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
15:43 27.06.2025
Zabuxda 7 mindən çox çətənə kolu məhv edilib
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
15:16 27.06.2025
Bakıda kişi “lyuk”a düşdü - Anbaan VİDEO
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
15:01 27.06.2025
Prezident: Bəzi dairələr Azərbaycan-İran əlaqələrinə xələl gətirmək üçün şayiələrə əsaslanan məlumatlar yayıb
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
14:54 27.06.2025
Səfir: İsraillə qarşıdurma ilə əlaqədar Azərbaycanın mövqeyi İranda yüksək qiymətləndirilib
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
14:52 27.06.2025
Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başladı
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
14:38 27.06.2025
Yaponiya XİN başçısı vətəndaşların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
Azərbaycan manatının dövretmə sürəti artdı
14:19 27.06.2025
Azərbaycan manatının dövretmə sürəti artdı
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
14:06 27.06.2025
Bu yay 5 bürcü yeni imkanlar gözləyir - Kariyera, eşq...
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
13:44 27.06.2025
ABŞ, Çin, Avstraliya vətəndaşları İrandan Azərbaycan vasitəsilə təxliyə olunub
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
13:32 27.06.2025
Prezident İranın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
13:17 27.06.2025
Yevlaxda 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, 16 nəfər saxlanılıb
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
13:01 27.06.2025
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin xalis mənfəəti 12 dəfə artdı
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
12:45 27.06.2025
Minskdə Aİİ liderlərinin məhdud tərkibdə görüşü başlayıb
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev
12:43 27.06.2025
"Daha marş yazmayacağam" - Cavanşir Quliyev