Gəncəyə raket hücumundan sonra ölən və yaralananlar var

Gəncəyə raket hücumundan sonra ölən və yaralananlar var
SOSİAL
05:19 11.10.2020
1637

Humanitar atəşkəs rejiminin tətbiq edilməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrinin intensiv atəşə tutmaqda davam edir.

AZXEBER.COM-un APA-ya istinadən məlumatına görə, yaxın saatlarda düşmən ordusu Gəncə şəhərini yenidən raket atəşinə tutub.

Raketlərdən bir neçəsi yaşayış binalarına düşərək dağıdıb. Ölənlərin və yaralananların olduğu bildirilir.

 

Hadisə yerinə FHN, hüquq-mühafizə orqanları əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub.

FHN-in xilasediciləri tərəfindən dağıntılar altından qalan insanların çıxarılması tədbirləri davam edir. 

Qeyd edək ki, düşmənin zərbələri nəticəsində yaşayış binalarının yaxınlığında olan mağazalara, şəxsi avtomobillərə də ciddi ziyan dəyib.

OXŞAR XƏBƏRLƏR