“İnkulturasiya və Akkulturasiya” beynəlxalq proqramları üzrə Gənclər üçün Workshop layihəsi çərçivəsində “Kulturoloji Layihələrin yazılışı və idarəedilməsi” təlimi keçirilib.
AZXEBER.COM-un məlumatına görə, təlim zamanı Tamerlan Dəmirbəylinin moderatorluğu ilə gənclərə 3 panel (əsas panel, büdcə analizi paneli, nümunə təhlili paneli), 4 sessiya (Layihələrin yazılışı, Layihələrin idarəolunması, İşgüzar oyunlar və Komanda işi mövzularında) və 16 modul üzrə peşəkar biliklər verilib. Azərbaycan Gənclər Fondunun maliyyə yardımı ilə keçirilən təlim zamanı daha fəal olan gənclər “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası tərəfindən təşkil olunacaq mədəniyyət tədbirinə qatılmaq imkanı qazanıblar.
Qeyd edək ki, təlim diskussiyalardan sonra başa çatıb və xatirə şəkli çəkilib.
![](/file/pic/xeber/2013-10-25/82422.jpg)
![](/file/pic/xeber/2013-10-25/82423.jpg)