Gənclər arasında “İctimai müzakirəyə qoşulaq!” layihəsi keçirilmişdir

Gənclər arasında  “İctimai müzakirəyə qoşulaq!” layihəsi keçirilmişdir
SOSİAL
11:46 13.12.2016
967
 
Maarifləndirmə və gənclərlə iş sahəsində bir sıra layihələrin gerçəkləşdirilməsin təcrübəsinə malik olan "Gənc Novatorlar” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi ictimai içtirakçılıqla bağlı gənclərin maarifləndiriməsinin gücləndirilməsinə və Azərbaycan Respublikasının açıq hökumətin təşviqi sahəsində apardığı işə töhfə vermək məqsədilə, Gənclər arasında "İctimai müzakirəyə qoşulaq!” adlı layihə gerçəkləşdirir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası”na uyğun olaraq layihə təkliflərini dəstəklədiyi mövzular arasında "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”ndan irəli gələn məsələlər üzrə təşəbbüslərin də yer aldığını nəzərə alaraq irəli sürülən bu təklifin gerçəkləşdirilməsi İctimai Radioda baş tutdu.

Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təbliği məqsədilə İctimai Radioda canlı müzakirələr aparılır. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanovun iştirakı ilə aparılan ilk radioverlişdə, "İctimai müzakirə niyə görə lazımdır və bu vətəndaşlara nə verir?” sualı ətrafında müzakilərər aparıldı. 

Gənclərə Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın mahiyyəti və onun qarşısına qoyduğu məqsədlər barədə hərtərəfli məlumat vermək məqsədilə start götürən layihədə "Region+” jurnalının baş redaktoru Namiq Mailov da sualları cavablandırıb. 

O, ölkədə Vətəndaş Cəmiyyəti institutlarının, o cümlədən QHT-lərin Açıq hökumətin təşviqinə dair indiyədək göstərdikləri fəaliyyətə bu prosesin təkmilləşdirilməsi mövcud mexanizmlərdən bəhs edib. İctima televiziyanın İnformasiya departamentinin şerhçisi Hafiz Səfərovun təqdimatında keçən müzakirələr hələ davam edir.





 

OXŞAR XƏBƏRLƏR