21-22 dekabr 2019–cu il tarixində Azərbaycanın Müasir Gəncləri tərəfindən ”Uşaqlar Gülsün Deyə” layihəsi keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, tədbir çərçivəsində Lerik rayonunun
Mondigah kəndində yaşayan aztəminatlı ailələrin uşaqlarına bayram sevinci bəxş
etmək məqsədilə orada onlar üçün Yeni il
şənliyi təşkil olunacaq.
Layihə
təşkilatçılarının AZXEBER.COM-a verdiyi xəbərə görə, tədbirirn əsas məqsədi
insanlara xeyirxahlıq, birlik, paylaşma kimi mənəvi duyğuları aşılamaqla,
plüralist ideal cəmiyyətə addım atmaqdır. Biz gələcəyimizin memarı olan
uşaqlarımız naminə yola çıxırıq və inanınırıq ki, bu yolda tək olmayacağıq.
Güclü nəsillər yetişdirmək üçün birgə addımlamağa ehtiyacımımz var.
Balaca fidanlara fərqli yeni il sevinci yaşadaraq onları savadlı, intellektual, dərin mənəvi dəyərlərə sahib insan olmaq yolunda həvəsləndirmək və Azərbaycanın müxtəlif rayonlarının turistik potensiallarını kəşf etmək layihəmizin prioritetidir. Məhz Xeyriyyəçiliyə böyük önəm verən şəxslərin dəstəyilə, bu kimi gələcəyə sonsuz ümidlər bəsləyən uşaqlardan ibarət faydalı bir cəmiyyət yaratmaq amalı ilə bu ləyihə silsiləli şəkildə Lerik rayonu ilə yanaşı , Azərbaycanın digər bu kimi rayonlarında da təşkil olunacaq. Bunun üçün Xeyirxah Bacı və Qardaşlarımızın dəstəyinizə ehtiyacımız var.
Yolunuzu
gözləyirik.
Uşaqların
ümidlərini doğurmaq, onlara həyat eşqi bəxş etmək üçün bizimlə həmrəy olmaq istəyənlər bizimlə aşağıda qeyd
olunan vasitələrlə əlaqə saxlaya bilərlər:
+994 55222 85 75
+994 51663 63 50
"Müasir Gənclər Klubu”