“Gənclər fondu Azərbaycanın gələcəyinə töhfələr verir”

GƏNCLİK
15:50 30.12.2013
1889

Bakı və Abşeron gəncləri üçün keçirilmiş “Müasir marketinq məktəbi” layihəsinin bağlanış mərasimi oldu

AZXEBER.COM xəbər verir ki, Prezident yanında Gənclər Fondunun dəstəyi ilə keçirilmiş “Müasir marketinq məktəbi”nin bağlanış mərasimi keçirilib. Layihənin icraçısı olmuş “Gəncliyin Elmi-Mədəni İnkişafı” (GEMİ) İctimai Birliyindən verilən məlumata görə, bağlanış mərasimi “Paradise Hotel”də keçirilib. Layihə çərçivəsində iqtisadçı ekspert Fuad Əliyev tərəfindən marketinq biliklərinə yiyələnmiş 30 nəfərə sertifikatlar və GEMİ-nin mükafatları təqdim olunub. 

Tədbirdə gənc ictimai xadim Atatürk Kamallı da iştirak eib. A.Kamallı müdavimləri təbrik edərək bildirib ki, müstəqil Azərbaycanda savadlı kadrların yetişməsi üçün bu cür layihələrin xüsusi önəmi var və bu istiqamətdə GEMİ-nin əziyyəti böyükdür. 

GEMİ sədri Sərdar Yusifoğlu da çıxış edərək, gənclər sektoruna yeni nəfəs və stimul gətirdiyinə görə Gənclər Fondunun rəhbərliyinə təşəkkür edib: “Onun sözlərinə görə, az müddətdə yüzlərlə irili-xırdalı layihəyə dəstək vermiş bu fond Azərbaycanın gələcəyinə töhfələr verir. S.Yusifoğlu qeyd edib ki, oktyabr ayındabaşlayan və üç ay boyunca Bakı və Abşeron gənclərini əhatə edən layihə çox uğurla baş tutub. Təşkilat sədri vurğulayıb ki, bu layihənin davamlılığı təmin olunacaq. Rəsmi hissədən sonra gənclər üçün Yeni İl və Dünya Azərbaycanlılarının Həmrəylik Günü Münasibəti ilə bayram süfrəsi açılıb, musiqili proqram keçirilib.

OXŞAR XƏBƏRLƏR