Gənclər Fondu Dağıstanda təmsil olundu

GƏNCLİK
10:00 09.08.2012
1451
Azərbaycan və Dağıstan Respublikalarının qeyri-hökümət təşkilatları, gənclər parlamentləri, gənclər təşkilatları və digər strukturları arasında əməkdaşlığın və partnyor əlaqələrin yaradılması məqsədilə 6-7 avqust 2012-ci il tarixində Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində Azərbaycandan olan aktiv gənclər təşkilatlarının təşəbbüsü ilə görüş baş tutmuşdur. Gənclər Fondunun mətbuat xidmətinin rəhbəri Aynur Həsənzadənin AZXEBER.COM-a verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyəti Rusiya Federasiyasının Dağıstan Respublikasının Gənclər Siyasəti üzrə Komitəsinin sədri Zaur Kaxrimanov, Rusiya Federasiyasının Dağıstan Respublikası Xalq Təsərrüfatı İnstitutunun rektoru Yəhya Buçayev, Rusiya Federasiyasının Dağıstan Respublikasının Sahibkarlığın İnkişafı Mərkəzinin direktoru Vahab Vahabov, Mahaçqala şəhərinin Milli Məclisinin rəhbəri və deputatları, Rusiya Federasiyasının Dağıstan Respublikası Gənclər Parlamentinin sədri və deputatları və gənclər təşkilatlarının rəhbərləri ilə görüşlər keçirmişdir. Görüşlərdə KİV nümayəndələri də iştirak etmişlər. Həmçinin hər iki ölkəni təmsil edən gənclər təşkilatları nümayəndələri diskussiyalarda iştirak etmiş, gələcəkdə qarşılıqlı əməkdaşlıq və birgə fəaliyyət haqqında müzakirələr aparmışlar.

OXŞAR XƏBƏRLƏR