Gənclər Fondu ilk qrant müsabiqəsini 8 iyun 2012-ci il tarixində elan etmiş və layihələrin qəbulu 15 iyul 2012-ci il tarixində dayandırılmışdır.
Fonddan AZXEBER.COM-a verilən məlumata görə, fondun saytında qeydiyyatdan keçmiş 172 təşkilat və 83 fərdi şəxsdən, 15 iyul tarixinədək A kateqoriyası – yerli layihələr üzrə 127, B (beynəxalq layihələr) və C (yaradıcı gənclərə dəstək layihələr) kateqoriyaları üzrə hər birinə 19 layihə təqdim olunmuşdur. D kateqoriyası üzrə isə 12 müraciət gəlmişdir. Sonuncu E kateqoriyası ilə çoxsayda xarici vətəndaşlar və təşkilatlar maraqlanmış, lakin hələ rəsmi müraciət olmamışdır. Fonda daxil olunan bütün layihələrə Fondun Müşahidə Şurası tərəfindən baxılmış və Şuranın qərarına əsasən A kateqoriyası üzrə 127 layihədən 104 layihə, B kateqoriyası üzrə 16 layihə, C kateqoriyası üzrə isə 9 layihə seçilmişdir.
Xatırladaq ki, Gənclər Fondu ilk qrant müsabiqəsini 8 iyunda elan edərək layihələrin qəbulunu iyulun 15-də dayandırıb. Fondun saytında qeydiyyatdan keçmiş 172 təşkilat və 83 fərdi şəxsdən, A kateqoriyası üzrə 127 layihədən 104 layihə, B kateqoriyası üzrə 16 layihə, C kateqoriyası üzrə isə 9 layihə seçilib.Onu da qeyd edək ki, yenilikləri layihələrin icrasına start verildiyi gündən etibarən mediadan və fondun saytından mütəmadi olaraq izləmək mümkündür.