AZXEBER.COM xəbər verir ki, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonağı BANM-də görməkdən məmnunluq hissi keçirdiyini ifadə edərək bildirib ki, Gənclər Fondu ilə əməkdaşlığın qurulması ali məktəbimizin tələbələri üçün olduqca vacib və əhəmiyyətli məsələdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən “Gənclər siyasəti”nin əhəmiyyətindən və önəmindən bəhs edən E.Qasımov bildirib ki, bu gün Azərbaycanda gənclərin inkişafı və gələcəkdə bir lider kimi yetişməsi üçün bütün lazımi şərait dövlət tərəfindən yaradılıb və günü-gündən bu istiqamətdə yeni islahatlar həyata keçirilməkdədir.
Azərbaycanda Avropa standartlarına tam uyğun yaradılmış Bakı Ali Neft Məktəbində olmasından məmnunluğunu ifadə edən Fərhad Hacıyev qeyd edib ki, məhz bu cür ali təhsil ocaqlarının ölkəmizdə yaradılması dövlət başçısının gənclərə olan yüksək diqqətinin və qayğısının nəticəsidir. Daha sonra Gənclər Fondunun yaradılması və fəaliyyəti haqqında tələbələrə ətraflı məlumat verən F.Hacıyev bildirib ki, Gənclər Fondu gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətləri stimullaşdıran, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirən bir qurumdur. O bildirib ki, Gənclər Fondu bu günə qədər 3 qrant müsabiqəsi həyata keçirmişdir və artıq 4-cü qrant müsabiqəsinə start verilib. Tələbələri bu qrant müsabiqəsində aktiv iştirak etməyə çağıran F.Hacıyev müsabiqənin şərtləri və qaydaları haqqında ətraflı məlumat verib.
Gənclər Fondu ilə artıq fəaliyyətə başladıqlarını bildirən BANM Tələbə Senatının sədri Rəvan Adilov bildirib ki, onların təşkilatı ATGTİ –ilə birlikdə həyata keçirmək istədikləri “Gənc Neftçilərin I Bilik Olimpiyadası” layihəsi üçün Gənclər Fondunun həyata keçirdiyi 3–cü qrant müsabiqəsinin qalib layihələrindən olub və yaxın zamanda bu layihənin icrasına başlanılacaq.
Daha sonra F.Hacıyev tələbələrin çoxsaylı suallarını cavablandırıb və fikir mübadiləsi aparılıb.
![](/file/pic/xeber/2013-11-04/81764.jpg)
![](/file/pic/xeber/2013-11-04/81767.jpg)
![](/file/pic/xeber/2013-11-04/81769.jpg)