Gənclər Fransaya qarşı aksiya keçirdilər - FOTOLAR

Gənclər Fransaya qarşı aksiya keçirdilər - FOTOLAR
Bütün Xəbərlər
01:07 26.01.2012
1870

“İslahatçı Gənclər” İctimai Birliyi Fransa senatının son qərarına etiraz əlaməti olaraq Türkiyə səfirliyinin önündə qardaş ölkəyə dəstək aksiyası keçirib. Aksiyada təşkilatın 30-a qədər üzvü iştirak edib. AZXEBER.COM-un məlumatına görə, aksiyada Türkiyə və Azərbaycan bayraqları dalğalandırılıb. “Bir millət, iki dövlət”, “Azərbaycan Türkiyə” şüarları səsləndirilib. Müxtəlif etiraz plakatları qaldırılıb.

Daha sonra gənclər Fransa səfirliyinin önünə gediblər.
Səfirliyin önündə Fransaya etiraz aksiyası keçirilib. Gənclər binanın önündə Azərbaycan himni oxuyublar. Təşkilatın sədri Fərid Şahbazlı jurnalistlərə deyib ki, bu cür aksiyalar davamlı olacaq: “Fransa senatının bu qərarı təkcə Türkiyəyə deyil, bütün türk dünyasına yönəlib. Bu onu sübut edir ki, Fransa indiyədək söz azadlığı, demokratiya kimi dəyərlərin imitasiyası ilə məşğul olub”.
OXŞAR XƏBƏRLƏR