Gənclər Gününə həsr olunan “GəncLAND” Festivalı baş tutdu - FOTOLAR

Gənclər Gününə həsr olunan “GəncLAND” Festivalı baş tutdu - FOTOLAR
SOSİAL
15:03 02.02.2026
409
Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri Gününə həsr olunmuş "GəncLAND” Gənclər Festivalı təşkil olunub. Festival zamanı ölkənin müxtəlif bölgələrindən olan 3 mindən çox gənc bir araya gələrək Gənclər Gününü birgə qeyd ediblər. 
 
AZXEBER.COM xəbər verir ki, 1 fevral tarixində Elektra Events Hall-da reallaşdırılan festival iştirakçılara yüksək enerjili və əyləncəli proqramı təqdim edib. Festivalın açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən və gənclərin ölkəmizin sosial-iqtisadi və ictimai həyatındakı rolundan bəhs edib.
 
O, qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilən Azərbaycan Gəncləri Günü gəncliyin cəmiyyətdəki rolunu, ölkəmizdə gəncliyə verilən dəyəri nümayiş etdirir və bu gün Azərbaycan gəncliyinin qazandığı nailiyyətlər Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu gənclər siyasətinin nəticəsidir.

Festival çərçivəsində baş tutan milli rəqs kompozisiyaları, gənclərin sevimli müğənnilərinin ifasında musiqili çıxışlar, DJ şou, interaktiv fəaliyyətlər və viktorinalar iştirakçıların böyük marağına səbəb olub və gün boyu festival məkanında dinamik, yaradıcı və əyləncəli atmosfer müşahidə olunub.

Gənclərin pozitiv enerjisi ilə yadda qalan "GəncLAND” Gənclər Festivalı Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, "Böyük Qayıdış” Gənclər Təşkilatı, "CAVAN” Gənclər Hərəkatı, "Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və "Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
 
Qeyd edək ki, Gənclər Fondu tərəfindən Azərbaycan Gəncləri Gününə həsr olunmuş genişmiqyaslı tədbirlər "GəncİNTELLEKT" ölkənin ən böyük fərdi intellektual yarışı, "GəncVİZYON” İdeyatonu və "GəncTALKS” Motivasiya Platforması ilə davam edəcək. Silsilə tədbirlər gənclərin sosial fəallığının artırılması, yaradıcılıq və innovativ düşüncə tərzinin təşviqi, eləcə də onların asudə vaxtlarının səmərəli təşkili məqsədi daşıyır.

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
03:23 27.07.2026
Braziliya Argentinadakı səfirini geri çağırdı - SƏBƏB?
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
02:32 27.07.2026
Türkiyə qırıcıları bu ölkələrdə 24 saat döyüş hazırlığı vəziyyətində olacaq
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
01:35 27.07.2026
Şaftalının bilmədiyiniz faydaları – Bu meyvə sağlamlıq üçün əsl xəzinədir
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
01:08 27.07.2026
Binəqədidə torpaq sürüşməsindən sonra evlər qəzalı vəziyyətdə - "Axşam ilanlar da gəlir" - VİDEO
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
00:47 27.07.2026
Yay fəslinin əsas problemlərindən biri: Tərləmə ilə mübarizənin qızıl qaydaları
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
00:34 27.07.2026
"B" kateqoriyalı sürücülük vəsiqəsi olanlara xəbərdarlıq - VİDEO
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
00:25 27.07.2026
Yayda orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər açıqlandı
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
00:16 27.07.2026
Müdir maaşa görə etiraz edən işçini döyüb? - Video
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
00:09 27.07.2026
Bu 4 tarixdə doğulanlar üçün pul həmişə çay kimi axır
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
23:51 26.07.2026
Kondisionerdən istifadə edərkən bu insanlar ehtiyatlı olmalıdır - Həkimlər xəbərdarlıq edir
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
23:36 26.07.2026
Kənddən magistral xətt keçir, amma qaz yoxdur - Gədəbəy sakinlərindən ŞİKAYƏT - VİDEO
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
23:24 26.07.2026
Ən qeybətcil 5 bürc - Hər hadisədən xəbər tutur, sonra isə danışır
Şəhid atası vəfat etdi
23:11 26.07.2026
Şəhid atası vəfat etdi
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
22:57 26.07.2026
Turizm sahəsində hansı dəyişikliklər olacaq? - VİDEO
Bakının bu yerlərində işıq kəsiləcək
22:34 26.07.2026
Bakının bu yerlərində işıq kəsiləcək
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO
22:26 26.07.2026
Son zamanlar çoxalan kirayə mənzil görə depozit tələbi qanunidir? - VİDEO