Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiya Assosiyasiyaları (AFFA), ADİDAS və “İRƏLİ” İdman Mərkəzi Azərbaycanda gənclərarası futbol üzrə ilk “Gənclər Kuboku” turnirinə start verib.
11 iyun tarixində AFFA-nın Futbol Akademiyasında qeydiyyatdan keçən 32 komandalar arasında turnirin püşkatması keçirilib. 32 komandanın iştirak edəcəyi turnirin startı iyunun 14-də veriləcək. Turnirin ilk mərhələsində komandalar olimpiya sistemi, daha sonra qrup turnirində mübarizə aparacaqlar. Gənclər Kubokunun final görüşü 8 iyul tarixində keçiriləcək və turnirin qalibləri kubok, medallar, diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.
Püşkün nəticəsinə görə qarşılaşacaq komandaları diqqətinizə çatdırırıq:
1. Yeni Yazarlar İctimai Birliyi –Gənclər Klubu İctimai Birliyi
2. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası TGT–Sektor 11
3. “İRƏLİ” İctimai Birliyi –Təfəkkür Universiteti TGT
4. ALAG–Earth Hour Azerbaijan
5. Bakı Musiqi Akademiyası TGT–İdea Gənclər Klubu
6. İslahatçı Gənclərİctimai Birliyi –Miras İctimai Birliyi
7. Gənclər Turizm İctimai Birliyi–Siyasi Maarifləndirmə İctimai Birliyi
8. AGAT–Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr İctimai Birliyi
9. Doğru Yol İctimai Birliyi –Dalğa Gənclər Təşkilatı
10. ASAIF–AIESEC
11. Gənclik Futbol Klubu–Milli Aviasiya Akademiyası TGT
12. Müsbət Dəyişiklik Hərəkatı–Odlar Yurdu Universiteti TGT
13. Azərbaycan Universiteti TGT–Gənclərin Həmrəyliyinə Dəstək İctimai Birliyi
14. Azərbaycan Könüllülər İctimai Birliyi–Azərbaycan Kooperasiya Universiteti TGT
15. İqtisat Universiteti TGT–IB Klub
16. ATGTİ–Qan Donorları Assosasiyası
Layihənin keçirilməsində əsas məqsəd gənclər arasında idmanın inkişafı, sağlam həyat tərzinin təbliği və bu sahəyə marağı olan gəncləri bir araya gətirməkdir. Xatırladaq ki, bütün oyunlar AFFA-nın Futbol Akademiyasının meydançasında keçiriləcək.