Gənclər niyə boşanır? - Deputat səbəbləri açıqladı

Gənclər niyə boşanır? - Deputat səbəbləri açıqladı
SOSİAL
15:41 15.12.2025
127
Xəbər verdiyimiz kimi, nikah və boşanmaların sayı azalıb. Bu ilin yanvar-oktyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 40739 nikah və 17254 boşanma halları qeydə alınıb.

Bu isə gənc nəslin evliliyə maraq göstərməməsinin bariz göstəricisidir. Ortaya sual çıxır ki, insalar niyə evlənmək istəmir? 

Milli Məclisin deputatı Fazil Mustafa AZXEBER.COM-a bildirib ki, əsas problem sosial səbəblərdir:

"Birinci növbədə əsas problem sosial səbəblərlə bağlıdır. Evin olmaması, işsizlik kimi məsələlər müəyyən dərəcədə təsir göstərir. Eyni zamanda psixoloji amillər də rol oynayır. İnsanlar özləri üçün tam komfortlu həyat təmin edilməyincə ailə qurmağa həvəs göstərmirlər. Əvvəllər insanlar ailə həyatını vaxtı çatanda qurur, yaşayış şərtlərini sonradan tədricən düzəldirdilər. Amma indi bu mümkün görünmür”.

"Bu məsələ sosioloji baxımdan araşdırılmalı və cəmiyyət həyatında müəyyən tənzimləmələr aparılmalıdır”-, deyə deputat vurğulayıb.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR