Gənclər Səhiyyə Nazirliyində könüllü işləyə biləcəklər - Nazir əmr verdi

Gənclər Səhiyyə Nazirliyində könüllü işləyə biləcəklər - Nazir əmr verdi
SOSİAL
10:21 03.04.2019
3789
Gənclər səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb olunacaq.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev "Gənclərin səhiyyə sahəsində könüllü fəaliyyətə cəlb edilməsi barədə" əmr imzalayıb.

Əmrə əsasən, "Könüllü fəaliyyət haqqında" qanuna əsasən, Səhiyyə Nazirliyində gənclərin könüllü fəaliyyəti təşkil olunacaq.

Könüllü fəaliyyətə cəlb olunan gənclərlə sistemli işin təşkili məqsədilə könüllülərlə iş üzrə koordinatorlar təyin ediləcək. Eyni zamanda, könüllü fəaliyyətin həyata keçirilməsinə cəlb edilən şəxslərlə müqavilə bağlanılacaq.

Səhiyyə Nazirliyinin Aparatında, Bakı Şəhər Baş Səhiyyə İdarəsində və Azərbaycan Tibb Universitetində könüllü fəaliyyət üçün müəyyən edilən say həddi barədə təkliflər hazırlanacaq.
OXŞAR XƏBƏRLƏR