Azərbaycanın İlk Gənclər Klubundan Gənclərin İnkişafı üçün növbəti addım..IB Club İngilis dili biliklərini artıq danışığa çevirmək, ingilis dilini kommunikasiya vasitəsi kimi istifadə edə bilmək istəyənlər üçün 5 günlük İngilis dili kampını təqdim edir.Avqust ayının sonuna təsadüf edəcək. Program çərçivəsində 30 Avqust - 3 Sentyabr tarixlərində Masallı rayonu Gülüstan istirahət mərkəzində 5 günlük “English in Fun” adlı İngilis dili Campı təşkil olunacaq.Sadəcə ingilis dilinin danışılacağı programda iştirakçılar, beynəlxalq sertifikatlı müəllimlərlə, müxtəlif öyrədici və əyləncəli programlarda (training, conversation, intellektual oyunlar, gəzinti, partylər) iştirak edəcək, günlük həyat fəaliyyətinin hər bir sahəsini ingilis dilində edərək, sürətli bir şəkildə ingilis dilini inkişaf etdirə biləcəklər.IB Club rəhbərliyindən AZXEBER.COM-a verilən məlumata görə "English in Fun" İngilis dili programı sayəsində artıq, gənclərin, xarici ölkələrdə kamplara böyük vəsaitlər qoymağına ehtiyac qalmayacaq. Kampda gündəlik fəaliyyətin hər bir sahəsində ingilis dilinin danışılacağı üçün, program İngilis dil biliklərində qısa müddətdə böyük addımlar vəd edir..Onu da qeyd etdilər ki, 5 günlük kampın ödənişinə treyninglər, conversationlar, komanda oyunları, yol xərci, yemək fasiləsindən əlavə, günün ikinci yarısına təsadüf edəcək, party, gəzinti, intelektual oyunlar də daxildir..5 günlük İngilis dili İnkişaf Etdirmək, Həyatını 5 gün İngilis dilində yaşamaq istəyənlər üçün Qeydiyyat “IB Club”-un Caspian Plazada yerləşən ofisində aparılır.Son Qeydiyyat Tarixi: 25.08.2012 , Saat 18:00-dır Daha ətraflı məlumat üçün:012 480 34 61, 055 238 40 08, Ünvan: Cəfər Cabbarlı 44, Caspian Plaza I, 6cı Mərtəbə.Biz Facebookda: https://www.facebook.com/ibclubfan