Gənclər üçün həvəsləndirici video-çarx hazırlandı - VİDEO

GƏNCLİK
15:36 08.01.2014
1829

AR Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə gənclər üçün həvəsləndirici video-çarx hazırlanıb.

Çarx Azərbaycanda keçiriləcək 1-ci Avropa Oyunları ərəfəsində gənclərdə idman ruhunu daha da qaldırmaq, Azərbaycanın zəngin idman mədəniyyətinin təbliğ etmək məqsədi daşıyır.

AZXEBER.COM-un məlumatına görə, layihə gənc fəal və AGAT-ın üzvu Məryam Tağıyeva tərəfindən icra olunub.

Video-çarxıda idman, sağlam və fəal həyat tərzi, azərbaycanlı çempionlar və medalçılardan, eyni zamanda isə gənc idmançıların gələcək uğurlarından bəhs olunur.

Qeyd edək ki, çarxın təqdimat mərasimi Central Park Hotel Baku mehmanasında keçirilib. Tədbirin qonaqları AR Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Gimnastika Federasiyası, Azərbaycan Karate Federasiyası, Azərbaycan Fotograflar Birliyi, QHT və media nümayəndiləri, müxtəllif avropa ölkələrin və yerli gənc fəallar olublar.Video çarxın rejissoru gənc Kamran Aydinovdur.

OXŞAR XƏBƏRLƏR