Gənclər üçün kreativ video təlimlərinə start verildi

GƏNCLİK
10:00 28.03.2014
1729
Azərbaycan Gənclər Fondunun dəstəyi ilə daha bir layihə fəaliyyətə başlayır. “6 addım” adlanan layihə özündə kreativ videoların hazırlanması təlimləri silsiləsini ehtiva edir. Aprel ayının əvvəllərinə planlaşdırılan layihənin qeydiyyatı artıq başlamışdır.
Layihə çərçivəsində iştirakçılara video hazırlanma proqramları, video hazırlığı, proqram təminatı, çəkiliş texnikası, kamera növləri və onların xüsusiyyətləri, kreativ videoların çəkilmə texnikası və hazırlanma yolları, Video planlamanın 6 addımı barədə professional təlimlər keçiriləcək, bundan əlavə bir sıra ölkədə öz sözünü demiş yaradıcı şəxslərlə uğur hekayələri paylaşılacaq.
Təlimlərdə iştirak etməyi arzu edən hər kəs 3 ədəd kreativ formada çəkilmiş “selfi” fotosunu və şəxsi məlumatlarını [email protected]/* */ ünvanına göndərməklə qeydiyyatdan keçə bilər. Bu şəkillər həmin iştirakçıların nə qədər kreativ və maraqlı olduqlarını yoxlamaq üçündür. Sonda 10 nəfər gənc bu təlimlərdə iştirak etmək hüququ qazanacaq. Son qeydiyyat tarixi 2 aprel 2014-cü ildir.
Layihənin video elanı ilə aşağıdakı linkdə tanış ola bilərsiniz.

OXŞAR XƏBƏRLƏR