Gənclər üçün Təhsil Mərkəzi beynəlxalq layihə icra edəcək

Gənclər üçün Təhsil Mərkəzi beynəlxalq layihə icra edəcək
GƏNCLİK
17:10 18.04.2014
1774
Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir regional ofisi beynəlxalq layihə icra edəcək
Bu gün Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir regional ofisi ilə Almaniyanın  “European Intercultural Forum” təşkilatı arasında əməkdaşlıq memorandumu imzalanmışdır. Razılaşmaya əsasən Mərkəz 1 il müddətinə iki alman gəncin Mingəçevirdə təcrübə keçməsinə şərait yaradacaqdır. Habelə, Mərkəz üzvlərinin də Almaniyada keçirilən beynəlxalq tədbirlərdə iştirakına köməklik göstəriləcək. 
Mərkəzin  regional ofisinin rəhbəri Tural Kərimov bildirmişdir ki, bundan  sonra Avropanın digər ölkələri ilə də sıx əməkdaşlıq etməklə, regiondan olan gənclərin beynəlxalq əlaqələrinin gücləndirilməsinə səy göstərəcəklər. 
Qeyd edək ki, Mərkəz hazırda 5 beynəlxalq gənclər şəbəkəsində Azərbaycanı təmsil edir. 
OXŞAR XƏBƏRLƏR