Gənclər və İdman İdarəsinin yeni təyin olunan rəisi vəzifəsindən azad olundu

Gənclər və İdman İdarəsinin yeni təyin olunan rəisi vəzifəsindən azad olundu
SOSİAL
17:24 16.09.2023
234
Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin yeni təyin olunan rəisi vəzifəsindən azad olunub.

"Report"un yerli bürosu məlumat verir ki, 2 ay əvvəl Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə rəis təyin olunan Fuad Babayev vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə hələ ki təyinat yoxdur.

Qeyd edək ki, o uzun illər Gənclər və İdman Nazirliyində Gənclərlə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.
OXŞAR XƏBƏRLƏR