"Gençlerbirliyi"nin mükafatlarına girov qoyuldu

İDMAN
13:44 16.10.2024
340
Superliqada 29 il fasiləsiz iştirak edən və daha sonra iqtisadi çətinliklərlə üzləşən Türkiyənin "Gençlerbirlyi” futbol klubuna girov qoyulub.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, bun səbəb klubun "Alagöz Holdinq”ə 69 milyon lirə borcunun olmasıdır.

Prosesdə çempionat kuboku da daxil olmaqla bir çox kubok və mükafatlara girov qoyulub.

2017-2018 mövsümündə 29 il fasiləsiz çıxış etdiyi Super Liqadan aşağı liqaya düşən "Gençlərbirliyi” girov zərbəsindən sarsılıb. 
 
Xatırladaq ki, 2018-2019 mövsümündən etibarən TFF 1-ci Liqada mübarizə aparan "Gençlərbirliyi” "Alagöz Holdinq”dən aldığı 69 milyon lirəlik maliyyə dəstəyini vaxtında ödəyə bilmədiyi üçün bir müddət əvvəl hüquqi prosesə başlanılmışdı.
 
Aysel

OXŞAR XƏBƏRLƏR