Gənclərimiz Türk Telekom-un təlimlərinə qatılıb - FOTO

Gənclərimiz Türk Telekom-un təlimlərinə qatılıb - FOTO
İQTİSADİYYAT
17:58 28.09.2023
299
Azercell-in dəstəyi ilə kibertəhlükəsizlik sahəsində ixtisaslaşmış 10 gənc mütəxəssis Türk Telekom-un ənənəvi təlimlərinə qatılıb

Azercell-in təşəbbüsü və dəstəyilə Türkiyədə kibertəhlükəsizlik düşərgəsinə qatılan tələbələr lider mobil operatorun nümayəndə heyəti ilə görüşdü. Türk Telekom-un təşkilatçılığı ilə "Gələcəyin kiberqəhrəmanlarından biri ol” şüarı altında baş tutan təlimlərdə yüksək performansla fərqlənərək ölkəmizi layiqincə təmsil edən tələbələrə xüsusi sertifikatlar və hədiyyələr təqdim edildi. Görüş çərçivəsində gənclərlə fikir mübadiləsi aparıldı, onların təklifləri dinlənildi.

Qeyd edək ki, 10 gün boyunca davam edən təlim proqramında iştirakçılar kibertəhlükəsizlik üzrə həm nəzəri, həm də praktiki biliklərə sahib olmaqla yanaşı, Türkiyənin aparıcı şirkətlərinin nümayəndələri ilə də görüşmək imkanı əldə etdilər. Tələbələr qazandıqları təcrübənin gələcək fəaliyyətlərində və karyeralarında əhəmiyyətli rol oynayacağını bildirdilər.

Xatırladaq ki, "Azercell Telekom” MMC Azərbaycanda kibertəhlükəsizlik mühitinin inkişafı, bu sahənin ən son tendensiyalarını və ən yaxşı təcrübələrini ölkəmizə gətirilməsi məqsədilə irimiqyaslı layihəyə ilin əvvəlində start verib. Şirkət mövcud kibertəhlükəsizlik həllərini modernləşdirmək və yenilərini inkişaf etdirmək üçün hazırladığı fəaliyyət planını uğurla tətbiq etməyə davam edir. Bu layihənin mühüm istiqamətlərindən biri Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslaşan mütəxəssislərin peşəkar inkişafına töhfə verməkdir. Bu təşəbbüs çərçivəsində gənc mütəxəssislər üçün müxtəlif təlimlər təşkil ediləcək, şirkətdə təcrübə imkanları yaradılacaq.

Azercell Türkiyədə baş tutan təlimlərdə uğurlu fəaliyyətləri ilə fərqlənən tələbələri bir daha təbrik edir, onlara gələcək karyeralarında uğurlar diləyir!
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
12:04 16.09.2025
"“Bakı Metropoliteni”ndə interval azaldıldı, sıxlıq aradan qalxacaqmı? - Ekspert danışdı
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
11:57 16.09.2025
"Antiterror əməliyyatı yalnız hərbi nailiyyətlərlə məhdudlaşmadı"
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
11:30 16.09.2025
"Rusiya müharibəni Avropanın sərhədlərinə doğru genişləndirə biləcəyi mesajını verir”
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
11:16 16.09.2025
Unibank neft sektoru işçiləri üçün komissiyasız kredit kampaniyası keçirir
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
11:10 16.09.2025
"Anamın ölümünü qardaşımın paylaşımından öyrəndim" - Namiq Qaraçuxurlu
Bir evdən 6 uşaq məktəbə getdi
11:09 16.09.2025
Bir evdən 6 uşaq məktəbə getdi
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
10:49 16.09.2025
“Bir müddət onu efirə dəvət etməyəcəyik” - Zümrüd Faiq Ağayev haqda danışdı
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
10:44 16.09.2025
Bu küçədə nəqliyyatın hərəkətində dəyişikliklər edilir
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
10:33 16.09.2025
Yol polisindən "Formula-1" ilə bağlı sürücülərə MÜRACİƏT
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
10:25 16.09.2025
Azərbaycanda orta aylıq əməkhaqqı artacaq - bu tarixdən
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA
10:22 16.09.2025
Ufuk Özkanın ailəsindən intihar iddiaları ilə bağlı AÇIQLAMA