“Gənclərin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üzrə fəaliyyətini davam etdirməsi vacibdir”

“Gənclərin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üzrə fəaliyyətini davam etdirməsi vacibdir”
SİYASƏT
17:29 30.12.2020
799
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin elan etdiyi "Könüllülər ili” çərçivəsində bu ilin 30 dekabr tarixində xarici işlər naziri Ceyhun Bayramov XİN nəzdində fəaliyyət göstərən Diplomatiya könüllüləri ilə videokonfrans formatında görüşüb.

XİN-dən verilən məlumata görə, görüşdə Xarici İşlər naziri Ceyhun Bayramov ölkə başçısının təşəbbüsü və təşviqi ilə ölkəmizdə geniş vüsət alan könüllülük hərakatının önəmindən bəhs edib. 2020-ci ilin cənab Prezident tərəfindən "Könüllülər ili” elan edilməsinin ölkədə Azərbaycan gəncliyinə dövlət səviyyəsində verilən yüksək dəyərin bariz nümunəsi olduğu, artıq ölkəmizdə könüllülük fəaliyyətinin sistematik xarakter daşıdığı qeyd olunub.

Nazir Azərbaycan könüllülərinin pandemiya dövründəki təqdirəlayiq fəaliyyətindən bəhs edərək, bu müddət ərzində müxtəlif sahələrdə fəaliyyət göstərən könüllülərin həmrəyliyini və birgə əməkdaşlığını məmnunluqla vurğulayıb. Azərbaycan Könüllü Təşkilatları İttifaqının təsis edilməsinin Azərbaycanda könüllülər hərəkatında mühüm addımlardan biri olduğunu söyləyib.

Nazir 2020-ci ildə Azərbaycan üçün ən əlamətdar hadisə olan, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun şanlı qələbəsindən bəhs edib. O, cəbhədə olduğu kimi siyasi müstəvidə də Azərbaycanın qazandığı uğurlardan danışıb. Vətən müharibəsi dövründə Azərbaycan xalqının həmrəyliyini, ölkə başçısının qeyd etdiyi kimi, bir dəmir yumruq kimi birləşdiyini xüsusi olaraq vurğulayıb. Ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi ehtirama yad edilib və qazilərimizin tez zamanda sağlamlıqlarına qovuşması arzulanıb.

Nazir Ermənistanın informasiya sahəsində təxribatlarının qarşısını almaq məqsədi ilə aparılan təqdirəlayiq informasiya müharibəsindən bəhs edərək, burada gənclərin fəal iştirakını da qeyd edib. O, Gənclərimizin bundan sonra da Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üzrə fəaliyyətinin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Diplomatiya Könüllülərinin il ərzində fəaliyyətini qiymətləndirən xarici işlər naziri gələcək fəaliyyətləri üzrə gənclərə öz tövsiyələrini verib.

Sual-cavab sessiyası ilə davam edən görüşün yekununda nazir könüllüləri şanlı qələbəmiz, "Könüllülər ili”, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
11:27 11.10.2026
"Azərbaycanda vahid məktəbli formasının tətbiqi təhsilalanların bərabərliyini müəyyən edir"
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
11:23 11.10.2026
Ukrayna Rusiyanın strateji raket obyektinə zərbə endirib
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
11:14 11.10.2026
“Yad düşüncələrdən uzaq durmalı və ideoloji təxribatlara qarşı mübarizə aparmalıyıq"
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
11:05 11.10.2026
Yəməndə husilər yolları bağladı - xəstəxanaların fəaliyyəti dayana bilər
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
10:40 11.10.2026
Sumqayıtda 32 yaşlı kişi dəm qazından boğularaq öldü
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
10:17 11.10.2026
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
10:13 11.10.2026
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Qardaşı şübhəlidir
Azərbaycanlı gənc Polşada vəfat etdi
10:09 11.10.2026
Azərbaycanlı gənc Polşada vəfat etdi
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
09:49 11.10.2026
Dneprdə PUA hücumu nəticəsində yaşayış binası və avtomobillər zədələndi
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
09:40 11.10.2026
Azərbaycan millisi Bakıda cüdo üzrə dünya çempionatının son günündə Avstriya ilə qarşılaşacaq
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
09:32 11.10.2026
"İşə getsən, səni öldürəcəyəm" dedi, arvadını baltaladı - Ağdamdakı dəhşətli cinayətin təfərrüatı
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
09:24 11.10.2026
Premyer Liqa: “Qarabağ” “İmişli”yə, “Turan Tovuz” “Şəfa”ya qarşı
Tramp İranı “çox pis ölkə” adlandırıb
09:20 11.10.2026
Tramp İranı “çox pis ölkə” adlandırıb
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
09:16 11.10.2026
Şəmkirdə gənc oğlan qardaşı tərəfindən bıçaqlandı
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
09:10 11.10.2026
"İnter Mayami" MLS-də "Di Si Yunayted"ə qalib gəlib, Messi dubl edib
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər
09:06 11.10.2026
Tramp və Netanyahu İranla bağlı mümkün hücumu müzakirə ediblər