“Sağlam Gəncliyə Doğru” İctimai Birliyi Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə 2012-ci ilin sentyabr ayında “Gənclərin gözü ilə mədəniyyətlərarası dialoq” mövzusunda yeni beynəlxalq layihəsini həyata keçirəcək.Birlikdən AZXEBER.COM-a verilən məlumata görə, layihədə Azərbaycan gəncləri ilə yanaşı müxtəlif ölkələrdən dəvət olunan gənclərdə iştirak edəcək.Layihə əsasən təlim və dialoq şəklində keçirilməsi planlaşdırılır.Layihənin əsas məqsədi dünyanın müxtəlif ölkələrindən olan gəncləri eyni bir yerdə müəyyən bir müddət ərzində fikir və mədəniyyətlərin mübadiləsi yolu ilə qısamüddətli də olsa vahid mədəniyyəti yaratmaqdır.Qarabağ həqiqətlərini və Azərbaycan mədəniyyətinin Avropada tanınmasına tövhə verməkdir.Layihə Türkiyə və İtaliyadan olan partnyor təşkilatlarla birlikdə ərsəyə gələcək.Yerli və xarici gənclərin yer alacağı və 7 günlük xüsusi proqramla təşkil olunması planlaşdırılan layihədə ölkəmizin milli adət-ənənəsi, musiqisi, Qarabağ həqiqətləri, nadir inciləri nümayiş etdiriləcək və dünya gənclərinə maraqlı ola biləcək məlumatlar çatdırılacaqdır
“Sağlam Gəncliyə Doğru” İctimai Birliyi-nin sədri : Həsənəliyev Turqay