Facebook sosial şəbəkəsində Prezident İlham Əliyevi dəstəkləyən gənclər yeni səhifə yaradıblar.
Gün.Az xəbər verir ki, səhifə “Gənclərin lideri – İlham Əliyev” adlanır. Səhifənin yaradıcıları bu haqda yazıblar: “Azərbaycan gəncləri Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir. Bu səhifədə də prezidenti dəstəkləyən gənclər toplaşıb”. Bu gün yaradılan səhifə Facebook-da böyük marağa səbəb olub. Belə ki, səhifəni bir neçə saat ərzində 300-ə yaxın gənc bəyənib. Səhifəni bəyənmək üçün bu linkə daxil ola bilərsiniz: https://www.facebook.com/genclerinlideriilhameliyev