Gənclərlə bağlı daha bir sənəd imzalandı

GƏNCLİK
20:04 30.04.2012
1514

Azərbaycan və Qırğızıstan arasında gənclər sahəsində əməkdaşlıq haqqında sənəd imzalandı.

Bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərində gənclər və idman nazirinin müavini İntiqam Babayev və Qırğızıstanın gənclər, məşğulluq və əmək naziri Aliasbek Alimkulov arasında 2012-2013-cü illəri əhatə edən tədbirlər planıhaqqında Sənəd imzalanıb.

Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, tədbirlər planına Qırğızıstanda Azərbaycan, Azərbaycanda Qırğızgənclərinin günlərinin keçirilməsi, əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə“Dostluqdüşərgələri” nin yaradılması, müxtəlif sərgilərin, treninqlərin, dəirmi masaların, daimi telekörpülərin keçirilməsi və s daxildir.

OXŞAR XƏBƏRLƏR