"Gənclik Mall"da oğurluq - DİN məlumat yaydı

KRİMİNAL
12:46 10.05.2018
3511

Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə "Gənclik Mall” Ticarət Mərkəzindəki mağazaların birindən 536 manat dəyərində geyim əşyalarının oğurlanması barədə müraciət daxil olub.

DİN-in mətbuat xidmətindən musavat.com-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini S.Rəsulova olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR