Gənə dişləməsi nəticəsində ölənlərin sayı artır - Mütəxəssislərdən xəbərdarlıq

Gənə dişləməsi nəticəsində ölənlərin sayı artır - Mütəxəssislərdən xəbərdarlıq
DÜNYA
15:54 05.06.2023
523
Sivasda yaşayan H.Y.-nin bədənindən ilişmiş gənəni çıxardıqdan sonra vəziyyəti pisləşib. Sivas Cümhuriyyət Universiteti Xəstəxanasında müalicə alan xəstə dünyasını dəyişib. 

AZXEBER.COM xəbər verir ki, bununla bu il Sivasda gənə dişləməsi nəticəsində ölənlərin sayı 3-ə yüksəlib. 

Gənə dişləməsinin ölümcül nəticələrə səbəb ola biləcəyini xatırladan mütəxəssislər xüsusilə mal-qara ilə məşğul olanlara diqqətli olmaları və bədənlərinə yapışan gənələri özləri çıxarmamaları barədə xəbərdarlıq edib.

Ayşən
OXŞAR XƏBƏRLƏR