Gənə dişləməsindən dünyasını dəyişdi - Mütəxəssislər xəbərdarlıq etdi

Gənə dişləməsindən dünyasını dəyişdi - Mütəxəssislər xəbərdarlıq etdi
DÜNYA
00:03 19.07.2022
815
Qorxulu xəstəlik geri dönüb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Gümüşhanedə yaşayan 69 yaşlı Üzeyir Çolakoğlu adlı vətəndaş bədəninə yapışdırılmış gənəni öz vasitəsi ilə çıxardıqdan sonra dünyasını dəyişib. 

Belə ki, Üzeyir Çolakoğlu bədəninə yapışan gənəni görüb. Gənəni öz imkanları ilə çıxaran Çolakoğlu bir müddət sonra qızdırma və halsızlıq səbəbindən Köse Dövlət Xəstəxanasına aparılıb. Çolakoğlu edilən müdaxilələrə baxmayaraq həyatını itirib.

Gənədən həyatını itirən vətəndaşların sayı artdıqdan sonra mütəxəssislər də xəbərdarlıqlarını təkrarlayıb. Mütəxəssislər vətəndaşlardan gənələrin çıxarılmasının çox təhlükəli olduğunu deyiblər. Bu səbəbdən ən yaxın səhiyyə müəssisəsinə müraciət etməyin vacibliyi vurğulanıb.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR