Sivasda gənə dişləməsindən müalicə alan şəxs ölüb.
AZXEBER.COM xəbər verir ki, Sivasda Krım-Konqo Qanamalı Qızdırması (KKKA) şübhəsi ilə müalicə olunan bir şəxs dünyasını dəyişib.
Məlumata görə, Şarkışla mahalına bağlı Küçükyüregil kəndində yaşayan İ.B-yə gənə ilişib.
Halı pisləşən İ.B yaxınları tərəfindən Sivas Cümhuriyyət Universiteti Sağlamlıq Xidmətləri Tətbiq və Araşdırma Xəstəxanasına aparılıb. O, müalicə aldığı xəstəxanada vəfat edib.
Ayşən