General-leytenant vətəndaşlarla görüşdü

SİYASƏT
20:38 22.06.2013
1669

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov Xaçmazda 20-dək vətənaşı qəbul edib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-leytenant Arzu Rəhimov iyunun 22-də xidmətin Xaçmaz rayon şöbəsinin inzibati binasında şimal regionu üzrə vətəndaşların qəbulunu keçirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən Trend-ə verilən məlumata görə, qəbulda Xızı, Siyəzən, Şabran, Quba, Qusar və Xaçmaz rayonları daxil olmaqla, 20-dək vətəndaş iştirak edib. Vətəndaşların müraciətləri daha çox onların hərbi xidmətə çağırılan övladlarının yaşadıqları əraziyə yaxın olan hərbi hissələrdə xidmət keçmələrinə, şimal regionu üzrə xidmətin müvafiq şöbə və bölmələrində işə qəbuluna, ailə vəziyyətinə görə möhlət hüququnun verilməsinə dair olub. Qəbul zamanı irəli sürülən bəzi məsələlər yerindəcə həllini tapıb. Araşdırılması tələb olunan müraciətlər nəzarətə götürülüb. Araşdırmaların nəticələrindən asılı olaraq cavablandırılacağı bildirilib.

OXŞAR XƏBƏRLƏR