Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Müdafiə Nazirliyinin bir sıra hərbi qulluqçularına "general-mayor” ali hərbi rütbəsi verilib.
AZXEBER.COM xəbər verir ki, "Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ali hərbi rütbə verilən polkovniklərdən İdris Məhərrəmov Azərbaycan Ordusunun korpuslarından birində korpus komandirinin müavini-qərargah rəisidir.
General-mayor olan polkovnik Elgün Əliyev Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin rəisidir.
General-mayor rütbəsi verilən digər hərbçi Elnur Kazımov Müdafiə Nazirliyinin Katibliyinin rəisidir. O, əvvəllər Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışıb. Elnur Kazımov ədliyyə general-mayoru, 2022-ci ilədək hərbi prokurorun müavini olmuş Rasim Kazımovun qardaşıdır.
Rütbəsi artırılan digər zabit Vasif Xəlilov isə Müdafiə Nazirliyinin baş idarələrindən birinin rəisidir.