General müharibədə fərqlənən hərbi qulluqçuların təltif olunmasından DANIŞDI

General müharibədə fərqlənən hərbi qulluqçuların təltif olunmasından DANIŞDI
SOSİAL
10:42 01.01.2022
337
"Vətən müharibəsində qəhrəmanlıq, igidlik, şücaət göstərmiş hərbi qulluqçuların döyüş yolunun öyrənilməsi, ümumiləşdirilməsi və şəxsi heyət arasında təbliğ edilməsi də ideoloji işin tərkib hissələrindəndir”.

AZXEBER.COM oxu.az-a istinadən xəbər verir ki, bunu Müdafiə Nazirliyinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən general-mayor Bəkir Orucov bildirib.

Onun sözlərinə görə, Vətən müharibəsində zəfər işğalı sonlandırdı, torpaqlarımız işğaldan azad edildi:

"Vətən müharibəsinin gerçəkliklərinin və qazanılan Zəfərin təcrübəsinin şəxsi heyətə hərtərəfli çatdırılması da İdarəmizin əməkdaşlarının vəzifə borcu sırasındadır”.

"Vətən müharibəsinin gedişi, döyüşlərin nəticələri, ayrı-ayrı rayonların işğaldan azad edilməsi, döyüş təcrübəsi və qələbələrin əldə edilməsi müxtəlif hərbi qurumlar tərəfindən öyrənilir, təhlil edilir, öyrənildikcə yeni faktlar aşkarlanır. Aşkarlanan faktlar əsasında fərqlənən hərbi qulluqçular təltif olunurlar”, - deyə general qeyd edib.
OXŞAR XƏBƏRLƏR