General polkovniki ittiham etdi: "Başımın altında ilan saxlamışam..."

General polkovniki ittiham etdi: "Başımın altında ilan saxlamışam..."
SİYASƏT
14:35 09.12.2023
480
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

AZXEBER.COM teleqraf.com-a istinadən xəbər verir ki, dekabrın 8-də Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə baş tutan iclasda şahid qismində Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin nəzarət və təftiş şöbəsinin müdiri vəzifəsində işləyib, polkovnik Rafael Xələfovun ibtidai istintaq zamanı verdiyi ziddiyyətli ifadələri elan edilib.

Rafael Xələfov istintaq zamanı verdiyi ifadəsində göstərib ki, 2019-cu ildə 2-ci ordu korpusunda maliyyə idarəsinin müfəttişləri - Həsən Paşayev və Süleyman Abbasov, nəzarət və təftiş şöbəsinin əməkdaşı Namiq Poladov yoxlamalar aparıblar. Onun ifadəsinə görə, yoxlama aparan şəxslər hərbi hissələrdə əlavə vəsaitlərin olmasını müəyyən ediblər və həmin vəsaitlər ona verilib. Qeyd edib ki, hərbi hissələrdən gətirilən pullar onun özü tərəfindən Nizami Məmmədova çatdırılıb.

Rafael Xələfov qeyd edib ki, yığılan pullar 5 min və 120 min manat arasında olub. O bildirib ki, Nizami Məmmədovun hərbi hissələrdə mənimsəmə faktlarından xəbəri olub. Şahidin sözlərinə görə, hərbi hissələrdən birində aparılan yoxlamalar zamanı əldə olunan vəsaitləri Həsən Paşayev 40 min, Süleyman Abbasov isə 60 min manatı ona verib, o da həmin pulları Nizami Məmmədova çatdırıb. Rafael Xələfov ifadəsində həmçinin ona 40 min manatın çatmasını da təsdiqləyib.

Məhkəmədə çıxış edən Rafael Xələfov elan olunan istintaq zamanı verdiyi ifadələrini təsdiqləyib. Amma o, ilkin izahatını təsdiq etməyib.

Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadənin suallarını cavablandıran şahid deyib ki, yoxlama və təftiş zamanı yığılan pulların 50 faizi Nizami Məmmədova çatıb, yerdə qalan pullar isə digər şəxslər arasında bölünüb.

Suallara cavab verən şahid deyib ki, 2-ci ordu korpusunda aparılan yoxlama zamanı 2 milyon 500 min manat yeyinti aşkar edilib. O deyib ki, təqsirləndirilən Bayram Bayramov Nizami Məmmədovun ən yaxın adamı olub.

İzahat verən Bayram Bayramov bildirib ki, onun Nizami Məmmədovla şəxsi münasibəti olmayıb, yalnız xidmətdə tabeçilik əlaqələri olub. Onun sözlərinə görə, yoxlamalar zamanı 950 min manatı Həsən Paşayevə verib: "Həsən Paşayev də həmin pulu Rafael Xələfova çatdırıb. İndi həmin vəsaitin 700 min manatı etiraf olunur. Qalan pulun kimə çatdığı bilinmir".

Daha sonra çıxış edən Nizami Məmmədov deyib ki, yoxlama aparan və yoxlaması aparılan şəxsləri heç vaxt xidməti otağına çağırmayıb və onlarla söhbət etməyib: "Bu işlərlə Rafael Xələfov məşğul olub. Mən də ona inanmışam. Buna görə də başqa şəxslərlə söhbət aparmamışam. Bunu etsəydim, düzgün olmazdı. Bu nəzarətə nəzarət olardı. Mən Rafael Xələfova bu işlərdə inanmışam, ona hər şeyi etibar etmişəm. Nə biləydim ki, başımın altında ilan saxlayırmışam. Rafael Xələfov istintaq zamanı xarakterini, məhkəmədə isə tərbiyəsini göstərdi".

Bu zaman generalla polkovnik arasında qısa mübahisə yaranıb. Mübahisə sakitləşdiriləndən sonra isə digər təqsirləndirilən Vüsal Əlizadə deyib ki, müxtəlif məbləğlərdə Rafael Xələfova pullar verib. Onun sözlərinə görə, həmin pulların verilməsini istintaq zamanı deməyib.

Hakim isə bu məsələnin ittihamın çərçivəsindən kənar olduğunu deyib. Bildirib ki, məhkəmədə yalnız verilən ittiham çərçivəsində işə baxılır.

Daha sonra Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə vəsatətlə çıxış edib. O bildirib ki, Rafael Xələfovun bir çox şahidlərlə əlaqəsi olub. Vəkil Rafael Xələfovun bütün məhkəmə iclaslarında iştirak etməsini, şahidlər ifadə verən zaman çarpaz dindirilmənin aparılmasını istəyib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəhid anası vəfat etdi
23:29 06.10.2026
Şəhid anası vəfat etdi
Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır - Rusiya XİN
23:28 06.10.2026
Ermənistan Gümrüdəki məsələni bizim üzərimizə atır - Rusiya XİN
Bəqai ilə Almaniyanın İrandakı səfiri sülh və təhlükəsizliyi müzakirə ediblər
23:20 06.10.2026
Bəqai ilə Almaniyanın İrandakı səfiri sülh və təhlükəsizliyi müzakirə ediblər
FIBA Çempionlar Liqası: "Sabah" Litva klubuna uduzub
23:07 06.10.2026
FIBA Çempionlar Liqası: "Sabah" Litva klubuna uduzub
Dəm qazının qurbanı oldu - VİDEO
22:56 06.10.2026
Dəm qazının qurbanı oldu - VİDEO
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
22:50 06.10.2026
Uşakov: Putin və Paşinyan arasında görüş barədə hələlik konkret razılaşma yoxdur
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
22:40 06.10.2026
Azərbaycan və Qazaxıstan yeni rəqəmsal marşrutu bu ay istifadəyə verməyi planlaşdırır
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
22:33 06.10.2026
Qeysəriyyə əməliyyatından bir müddət sonra dünyasını dəyişdi - VİDEO
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
22:26 06.10.2026
FIBA Avropa Kuboku: "Neftçi" müntəzəm mövsümdəki ilk oyunda məğlub olub
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
22:16 06.10.2026
Türkiyənin ailə və sosial xidmətlər naziri şəhidlərimizin həyat yoldaşları ilə görüşüb - FOTO
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
22:10 06.10.2026
Şimali Kiprdə gəmi qəzası nəticəsində ölənlərin sayı 24-ə yüksəlib
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
22:03 06.10.2026
Böyük Britaniya və Azərbaycan strateji tərəfdaşlıqda yeni mərhələyə keçir
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
21:57 06.10.2026
Macarıstanda 2027-ci ildən etibarən sərvət vergisi tətbiq olunacaq
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
21:49 06.10.2026
Övladları 1-ci sinfə gedən bir qrup valideyndən dərs proqramı ilə bağlı şikayət - VİDEO
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
21:43 06.10.2026
Kahramanmaraşda İŞİD-ə qarşı əməliyyat zamanı 39 şübhəli saxlanılıb
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO
21:34 06.10.2026
Dron hücumundan bir gün əvvəl kapitan oğlu ilə danışıb - VİDEO