Azərbaycanın tanınmış yunan-roma güləşçisi, Avropa və dünya çempionu olan Rəsul Çunayevə baş leytenant rütbəsi verilib.
AZXEBER.COM AzVision.az-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev əmr imzalayıb.
Qeyd edək ki, Rəsul Çunayev DSX-nın zabitidir. I Avropa Oyunlarında qızıl medal qazanan idmançı 2015-ci ildə leytenant rütbəsinə layiq görülmüşdü.